COVID-19 peyvəndinə qarşı çıxan müğənni pərəstişkarlarını dağa çıxmağa səslədi

COVID-19 peyvəndinə qarşı çıxan müğənni pərəstişkarlarını dağa çıxmağa səslədi
03:07 02-06-2020 | icon 130

“İnsanları qorxuda saxlamaq üçün koronavirus problemi çox şişirdilib”.

Stolica-s.su saytının məlumatına görə, peyvəndə qarşı çıxan məşhur rusiyalı müğənni, 55 yaşlı Natalya Vetlitskaya bu barədə fikirlərini bildirib.

“İstəyirlər, peyvənd olunsunlar, lap çip qoydursunlar, ancaq hamını buna məcbur etməməlidirlər. Gəlin, meşələrə və dağlara gedək. İcma şəklində yaşayaq, yerkökü ilə kələm əkək. Hər halda, bu, rəqəmsal düşərgədə yaşamaqdan daha yaxşıdır”, - deyə, müğənni özünün “Instagram” hesabında bildirib.

Bəzi pərəstişkarları Natalyaya qoşulacaqlarına söz versələr də, digərləri onu düşüncəsizlikdə qınayıblar. Artist öz fikirlərini dünyanı ağuşuna alan xəstəlik barədə çox məlumatın olmaması ilə əsaslandırıb.

“İnfeksiya bir deyil, onlarla, yüzlərlədir və illərdir ki, bu belədir. Həkimlərinizdən sətəlcəm, koronavirus və ümumiyyətlə, tənəffüs sistemi xəstəliklərinin neçə növünün olduğunu soruşun. Bəli, yadınızdan çıxardığınız immunitet kimi vacib anlayışın olduğunu xatırlayın... Onlar son konvulsiya vəziyyətində mübarizə aparır və ucuz dəhşət hekayələri ilə qorxudurlar”, - deyə, məşhur artist bildirib.

Ulduzun anası da onunla eyni fikirdə olduğunu deyib.