Qusarda hasar azyaşlıların üstünə uçdu: Bir uşaq öldü, yaralılar var

Qusarda hasar azyaşlıların üstünə uçdu: Bir uşaq öldü, yaralılar var
13:14 31-05-2020 | icon 109

Qusarda hasarın aşması nəticəsində faciə baş verib.

Report-un xəbərinə görə, rayonun Cibir kəndində baş verən hadisə zamanı 2012-ci il təvəllüdlü Arif Əlisultanov, 2010-cu il təvəllüdlü Ramal Şeydayev, 2014-cü il təvəllüdlü Gülay Şeydayeva həyətdə oynayarkən həmin sahənin girəcəyində yerləşən, təxminən 9-10 il əvvəl mişar daşı ilə hörülmüş hasar, həmçinin, hasarın tərkib hissəsi olan daş tumbalar və dəmir qapı uçub.

Hadisə nəticəsində A.Əlisultanov açıq kəllə-beyin travması alaraq, hadisə yerində ölüb, digər uşaqlar isə müxtəlif dərəcəli xəsrətlərlə xəstəxanalara yerləşdiriliblər.

Qeyd edək ki, hadisənin baş verdiyi həyət kənd sakini Valəddin Şeydayevə məxsusdur.