Binə sakinlərindən şikayət: “Bələdiyyəyə müraciət etsək də, məsələyə baxan yoxdur” - VİDEO

Binə sakinlərindən şikayət: “Bələdiyyəyə müraciət etsək də, məsələyə baxan yoxdur” - VİDEO
12:00 31-05-2020 | icon 1099

Bakının Xəzər rayonu, Binə qəsəbəsi, Sovxoz ərazisi adlanan yerə atılan məişət tullantıları təmizlənmir.

Bununla bağlı qəsəbə sakinləri milletinsesi.info-a şikayət ünvanlayıblar:

“Hər gün əraziyə məişət tullantıları tökülür. Zibilləri yük maşınları ilə gətirib tökürlər. Neçə dəfə yandırmışıq, xeyri yoxdur. Binə qəsəbəsi üzrə bələdiyyəyə müraciət etsək də, məsələyə baxan yoxdur. Zibillikdən yayılan üfunət dözülməz vəziyyət yaradıb. Küçə itləri də bura toplaşır”.