Göyçayda iki avtomobil toqquşub, xəsarət alanlar var - FOTO

Göyçayda iki avtomobil toqquşub, xəsarət alanlar var - FOTO
01:35 31-05-2020 | icon 161

Göyçay rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın xəbərinə görə, hadisə bu gün axşam saatlarında Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 214-cü kilometrliyində, Qarabaqqal kəndi ərazisində qeydə alınıb.

Rayon sakini, 1964-cü il təvəllüdlü Bəşirov Əhməd Salman oğlunun idarə etdiyi "QAZ 2410" və 1944-cü il təvəllüdlü İbadov Fəzail Məhərrəm oğluna məxsus "VAZ 2106" markalı minik avtomobilləri toqquşub.

Hadisə zamanı hər iki avtomobilin sürücüsü yüngül xəsarət alıb, "VAZ 2106"nın sərnişini Mədinə Həsənova ağır bədən xəsarətləri ilə Göyçay Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.