İlin ən mühüm kosmik hadisəsi: “SpaceX Demo-2” uçuşa hazırlaşır - CANLI YAYIM

İlin ən mühüm kosmik hadisəsi: “SpaceX Demo-2” uçuşa hazırlaşır - CANLI YAYIM
23:21 30-05-2020 | icon 137

Bu axşam, Bakı vaxtı ilə saat 23:22-də ilk dəfə olaraq şəxsi şirkətə məxsus raket və kosmik gəminin köməkliyi ilə astronavtların kosmosa uçuşu baş tutacaq.

NASA-nın məlumatına görə, bu, “SpaceX Demo-2” uçuş aparatının ikinci cəhdidir.

Bu, həmçinin son doqquz ildə ABŞ ərazisindən ilk pilotlu missiya uçuşu olacaq.

İlk uçuş 27 mayda planlaşdırılsa da, hava şəraitinə görə baş tutmamışdı. NASA-nın son məlumatına görə, hazırda hava şəraiti start üçün əlverişlidir. 

Uçuşu izləyənlər arasında ABŞ Prezidenti Donald Tramp da var.