İmişlidə yelləncək kəndiri boğazına ilişən yeniyetmə öldü

İmişlidə yelləncək kəndiri boğazına ilişən yeniyetmə öldü
22:42 29-05-2020 | icon 117

İmişli rayonunun Qızılkənd kəndində ölüm hadisəsi verib. 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, yaşadığı evin həyətində yelləncəkdə yellənən 2006-cı il təvəllüdlü Şıxəliyev Rövşən Rubail oğlunun boğazına ilişən kəndir onun ölümünə səbəb olub. 

R.Şıxəliyevin meyiti İmişli Rayon Pataloji Anatomiya və Məhkəmə Tibbi Ekspetizası tərəfindən müayinə olunub. 

Faktla bağlı İmişli Rayon Prokurorluğunda araşdırma aparılır.