İstanbulun rəmzləri Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır 

İstanbulun rəmzləri Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır 
23:35 27-05-2020 | icon 845

28 May – Respublika Günü münasibətilə İstanbulun iki qitəsini birləşdirən “15 İyul Şəhidlər”, “Fatih Sultan Mehmet” və “Yavuz Sultan Səlim” körpüləri, eləcə də tarixi Qalata Qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır.

AZƏRTAC xəbər verir ki, mayın 27-si və 28-i keçiriləcək tədbir ölkəmizin İstanbuldaki Baş Konsulluğunun təşəbbüsü, Türkiyənin Xarici İşlər Nazirliyi, Quru Yolları Baş İdarəsi və İstanbul Valiliyinin dəstəyi ilə baş tutub.

Qeyd edək ki, Qalata Qülləsi tarixi boyu ilk dəfədir xarici ölkənin bayrağının rənglərinə bürünür.