Bakıda dilənmək istəməyən oğlunu bıçaqlayan ata tutuldu

Bakıda dilənmək istəməyən oğlunu bıçaqlayan ata tutuldu
22:49 27-05-2020 | icon 166

Bakıda 11 yaşlı uşağını başından bıçaqlayan ata həbs olunub.

milletinsesi.info-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, İsmayılov Fikrət saxlanılıb.

Uşaq isə atanın əlindən alınaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sığınacağına yerləşdirilib.

Xatırladaq ki, hadisə paytaxtın Suraxanı rayonunun Xanlar Ələkbərov küçəsində qeydə alınıb. Sözügedən küçədə yaşayan İsmayılov Fikrət Hüseynqulu oğlu, övladı 2009-cu il təvəllüdlü İsmayılov Canəlinin baş nahiyəsinə yumruq və bıçaqla xəsarətlər yetirmişdi.

Azyaşlının anası açıqlamasında bildirib ki, F.İsmayılov narkotik aludəçisidir və üç övladını dilənçilik etməyə məcbur edir. Sonuncu hadisə isə C.İsmayılovun atasının hərəkətinə etiraz etdiyi üçün baş verib.

Belə ki, 11 yaşlı yeniyetmənin dilənmək istəməməsi bıçaq və yumruq zərbələrinə məruz qalması ilə nəticələnib.