Cəlilabadda yük avtomobillərinin toqquşması üç nəfəri xəstəxanalıq etdi 

Cəlilabadda yük avtomobillərinin toqquşması üç nəfəri xəstəxanalıq etdi 
21:49 27-05-2020 | icon 191

Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, qəza hadisəsi köhnə Ələt-Astara magistral yolunun Cəlilabad rayonundan keçən hissəsində qeydə alınıb. 

“KamAZ” ilə “İsuzu” markalı yük avtomobilləri toqquşub. Nəticədə üç nəfər - hər iki maşının sürücüləri və bir nəfər sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hazırda yaralananların kimliyi dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.