“Bavariya” tək qola sevindi, Frankfurtda qalib olmadı - NƏTİCƏLƏR

“Bavariya” tək qola sevindi, Frankfurtda qalib olmadı - NƏTİCƏLƏR
00:49 27-05-2020 | icon 197

Almaniya Bundesliqasında XXVIII tura start verilib.

milletinsesi.info xəbər verir ki, ilk oyun günündə dörd görüş baş tutub.

Günün ilk qarşılaşmasında əzəli rəqiblər Dortmund “Borussiya”sı ilə “Bavariya” üz-üzə gəlib. “Siqnal İduna Park”dakı oyunun taleyini tək qol həll edib. Coşua Kimmix münhenlilərə səfər qələbəsi qazandırıb. “Bavariya” bu qalibiyyətlə liderliyini bir qədər də möhkəmlədib və ən yaxın izləyicisi ilə aradakı fərqi yeddi xala yüksəldib.

İddialılardan “Bayer” öz meydanında “Volfsburq”a böyük hesabla məğlub olaraq, turnir cədvəlində irəliləmək şansını əldən verib. 

Bol qollu başa çatan “Ayntraxt” – “Frayburq” matçında meydan sahibləri məğlubiyyətdən son dəqiqələrdə gələn qollarla qurtulub.

Qeyd edək ki, turun digər oyunları mayın 27-də keçiriləcək.

Almaniya Bundesliqası

XXVIII tur

26 may

“Borussiya” (D.) – “Bavariya” - 0:1

Qol: Kimmix, 43

“Bayer” – “Volfsburq” - 1:4
Qollar:
Baumqartlinger, 75 - Ponqraçiç, 43, 75; Arnold, 65; Şteffen, 68

“Ayntraxt” – “Frayburq” - 3:3
Qollar:
Silva, 35; Kamada, 79; Çandler, 82 - Qrifo, 28; Petersen, 67; Holer, 69

“Verder” – “Borussiya” (M.) - 0:0