Rusiyanın pop ulduzu ərindən boşanır - FOTO

Rusiyanın pop ulduzu ərindən boşanır - FOTO
02:07 25-05-2020 | icon 400

Rusiyanın məşhur pop müğənnisi 33 yaşlı Polina Qaqarina 42 yaşlı fotoqraf həyat yoldaşı Dmitri İshakovdan boşanır.

milletinsesi.info Rusiya mətbuatına istinadən xəbər verir ki, cütlük altı il birgə yaşadıqdan sonra ayrılmaq qərarına gəlib.

Yanvar ayından bəri bir-birindən ayrı yaşayan Polina və Dmitri rəsmi olaraq məhkəməyə müraciət ediblər. Onların ayrılmasını ilk olaraq pop ulduzun fanatları aşkar ediblər.

“Instagram” səhifələrində bir-birini izləmədən çıxaran ikili o müddətdən sonra birlikdə nə foto, nə də ki video paylaşıblar. Polina ilə Dmitri mediaya boşanmaları barədə açıqlama verməkdən boyun qaçırırlar.

Qeyd edək ki, məşhur cütlüyün Mie adlı qız, Qaqarin adlı oğul övladı var.

Rəşad Əliyev