Tovuzda külək iri gövdəli ağacı aşırıb, dəmir yolu bağlanıb - FOTO

Tovuzda külək iri gövdəli ağacı aşırıb, dəmir yolu bağlanıb - FOTO
19:14 23-05-2020 | icon 81

Güclü külək nəticəsində bu gün saat 16:15 radələrində Bakı-Gürcüstan dəmir yolunun Tovuz rayon ərazisindən keçən hissəsində ağac aşaraq hər iki yolu bağlayıb.

“Azərbaycan Dəmir Yolları” QSC-dən verilən məlumata görə, nəticədə qatarların hərəkəti dayanıb. Saat 17:10-da yolun biri açılıb.

Hazırda ikinci yolda təmizlənmə işləri aparılır, yaxın saatlarda həmin yol da açılacaq.