Meydançaya yenicə çıxmış məşqçi topu qəbul etdi və möhtəşəm qol vurdu - VİDEO

Meydançaya yenicə çıxmış məşqçi topu qəbul etdi və möhtəşəm qol vurdu - VİDEO
17:49 23-05-2020 | icon 280

Növbəti həftədən etibarən daha bir futbol çempionatında canlanma yaşanacaq. Danimarkada rəsmi oyunlar başlayacaq, hələlik isə komandalar məşq edir və yoldaşlıq oyunları keçirirlər.

Sports.ru-nun məlumatına görə, belə qarşılaşmalardan biri “Kopenhagen” və “Odense” komandaları arasında baş tutub.

Final fitinə beş dəqiqə qalmış “Odense”nin oyunçularından biri zədələnib. Komandanın əvəzetmə imkanı olmayıb (buna qədər məşqçi bütün heyəti dəyişib), buna görə də, meydana baş məşqçinin köməkçisi - 40 yaşlı Henrik Hansen çıxıb.

Meydançaya oyunun son beş dəqiqəsi üçün çıxan məşqçi nəyə qadir olduğunu artıqlaması ilə nümayiş etdirə bilib. Hesab 2:1 olarkən ideal icra olunmuş sürüşmə fəndi ilə topu rəqibindən alan H.Hansen onu ustalıqla qapıçının başı üzərindən qapıya göndərib.

Qarşılaşma 2:2 hesabı ilə başa çatıb.