Xaçmazda itin dişlədiyi uşaq Bakıya göndərildi - FOTO

Xaçmazda itin dişlədiyi uşaq Bakıya göndərildi - FOTO
15:56 23-05-2020 | icon 81

Xaçmaz şəhərində azyaşlı qızı it dişləyib.

milletinsesi.info xəbər verir ki, bu barədə fotolar sosial şəbəkədə paylaşılıb.

İlkin ehtimallara görə, Fidan adlı uşağa küçə itləri hücum edib. Lakin, ərazidə yaşayan sakinlər uşağa hücum edən heyvanın küçə deyil, boynunda zəncir olan ev iti olduğunu deyirlər.

Məsələ ilə bağlı Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Səyyaf Tağıyev ilə əlaqə saxladıq. Baş həkiminin milletinsesi.info-a verdiyi məlumata görə, hadisə ötən gün qeydə alınıb:

“Ötən gün Fidan adlı azyaşlı qız uşağı it dişləməsi ilə xəstəxanaya gətirilib. Həkimlər tərəfindən uşağa ilkin baxış keçirilib, zəruri tibbi yardım göstərildikdən sonra Bakıya göndərilməsinə qərar verilib”.

“Son bir neçə gün ərzində it dişləməsi ilə bağlı biri qadın, biri azyaşlı oğlan uşağı olmaqla daha iki nəfər müraciət edib. Qadına ilkin müdaxilə edildikdən sonra evə buraxılıb. Uşaq isə müalicəsini davam etdirir”, - deyə baş həkim əlavə edib.

Xatırladaq ki, mayın 21-də Xaçmazda daha üç nəfər azyaşlını sahibsiz it dişləyib.

Könül Cəfərli