Elmar Məmmədyarov oğluna Nyu-Yorkda 2 mlyon dollara ev alıb?! 

Elmar Məmmədyarov oğluna Nyu-Yorkda 2 mlyon dollara ev alıb?! 
17:19 22-05-2020 | icon 716

Xarici işlər naziri Elmar Məmmədyarovun oğlu Emin Məmmədyarovun adına aldığı mənzilin fotosu yayılıb. Nyu-Yorkda yerləşən binadan oğluna mənzil alan nazir 2 milyon dollar xərcləyib. Bu haqda jurnalist Cavanşir Həsənli sənəd yayıb. 

Onu da bildirək ki, ötən il Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun kiçik oğlu Riyad Məmmədyarov Aleks Zapalla adlı xanımla ailə həyatı qurub.

Cütlüyün toyu ABŞ-da baş tutub. Nyu-York şəhərində keçirilən mərasim sadəliyi ilə diqqət çəkib. Toyda Elmar Məmmədyarovla yanaşı, ailə üzvləri, eləcə də cütlüyün yaxınları iştirak ediblər.

Qeyd edək ki, Riyad Məmmədyarovla Aleks Zapallanın münasibəti 4 il öncə başlayıb. Onlar Nyu-York Universitetində təhsil alarkən tanış olublar. Cütlük rəsmi nikaha ötən ilin yayında daxil olub, ötən gün isə toy ediblər.

Redaksiyadan: Yazıda adı qeyd olunan şəxsin mövqeyini dərc etməyə hazırıq.