Seymur Orucovun şirkəti üzə çıxıb?

Seymur Orucovun şirkəti üzə çıxıb?
13:10 22-05-2020 | icon 567

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilən Seymur Orucovun şirkəti üzə çıxıb. Bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb.

Araşdırmaçı jurnalist Cavanşir Həsənli bildirib ki, S.Orucov 2006-cı ildə qeydiyyatdan keçmiş”Mİ QROUP” və bu il yanvarın 8-də təsis edilmiş “MI GROUP CLASSICO” məhdud məsuliyyətli cəmiyyətlərinin təsisçisidir: Hər iki şirkətin qanuni təmsilçisi HÜSEYNOV MEHMAN ƏLİ oğludur. “Mi Qroup” mühasibat və vergi xidmətləri sahəsində fəaliyyət göstərir”.

Qeyd: S.Orucov Dövlət İqtisad Universitetinin sabiq rektoru, keçmiş millət vəkili Şəmsəddin Hacıyevin kürəkəni, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının sədri, millət vəkili Səttar Möhbalıyevin isə bacısının oğludur. S.Möhbalıyev də Azərbaycan Prezidentinin sabiq köməkçisi Əli Həsənovun qohumudur.

Redaksiyadan: Yazıda adı qeyd olunan şəxsin mövqeyini dərc etməyə hazırıq.

Müəllif Cavanşir Həsənli