Bakıda heroin alverçisi yaxalandı

Bakıda heroin alverçisi yaxalandı
10:07 22-05-2020 | icon 214

Bakıda narkotik alveri ilə məşğul olan şəxs yaxalanıb.

Trend-in məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu ərazisində baş verib.

Binəqədi Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Şamaxı rayon sakini, əvvəllər Cinayət Məcəlləsinin 234 və 150-ci maddələri ilə məhkum olunmuş Zamiq Cəbiyev saxlanılıb.

Üzərinə baxış keçirilərkən ondan 1.208 qram heroin aşkar olunaraq götürülüb.