Bu gün üçün milli parklar mövcud qərarla əlaqədar olaraq bağlıdır

Bu gün üçün milli parklar mövcud qərarla əlaqədar olaraq bağlıdır
17:42 21-05-2020 | icon 176

“Azərbaycanda milli parkların açılması gözlənilir”. milletinsesi.info-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər Nazirliyin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəhbəri Hikmət Əlizadə bildirib.

Onun sözlərinə görə, karantin rejimi ilə bağlı yumşalma tədbirləri davam edərsə, mayın 31-dən sonra ölkədə fəaliyyət göstərən milli parkların açılması mümkündür.

H.Əlizadə bildirib ki, bu gün üçün milli parklar mövcud qərarla əlaqədar olaraq bağlıdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Qusar rayonu Qalacıq kəndində meşəlik ərazidə ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət araşdırılıb.  

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə qeyd edib ki, sözügedən əraziyə keçirilən baxış zamanı ərazinin meşə fondu torpağı deyil, bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi olduğu məlum olub.  

“Təqsirkarın müəyyən olunması və barəsində qanunamüvafiq tədbirin görülməsi üçün Qusar rayon Polis İdarəsinə müraciət olunub. Küçələrdə aparılan dezinfeksiya işlərinin təbiətə, flora və faunaya az da olsa, neqativ təsiri var. İnsan sağlamlığı və onun təhlükəsizliyi bizim üçün çox vacibdir”.

Onun sözlərinə görə, bununla bağlı müvafiq qurumlarla müzakirələr aparılıb: “Virusların məhv edilməsi üçün istifadə edilən dezinfeksiyaedici maddələrin tərkibində xlor və digər maddələrin az miqdarda istifadə edilməsi razılaşdırılıb ki, təbiətə, flora və faunaya ziyan minuma endirilsin. Azərbaycanda heyvanlar üzərində koronavirusla bağlı testlər aparılmayıb”.

O qeyd edib ki, dünyanın müxtəlif yerlərində COVID-19-un heyvanlardan keçməsi xəbərləri yayılır: “Amma onların 100 faizlik təsdiqi mövcud deyil”.