Sevgilisini ağlatmaq istəyən küskün qadının ağlagəlməz intiqamı - FOTO/VİDEO

Sevgilisini ağlatmaq istəyən küskün qadının ağlagəlməz intiqamı - FOTO/VİDEO
03:35 20-05-2020 | icon 799

Xəyanətə uğramış qadın sevgilisindən intiqam almaq üçün ona bir ton soğan göndərib və “göz yaşlarına qərq olmağı” diləyib.

“Daily Mail”in məlumatına görə, hadisə Çində yaşanıb.

Bildirilir ki, Çao soyadlı qız bir illik münasibətdən sonra sevgilisindən ayrıldığı üçün ağır günlər keçirib. Lakin gəncin onun qədər təsirlənmədiyini öyrənəndən sonra qız intiqam almaq qərarına gəlib.

O, keçmiş sevgilisinin yaşadığı ünvana bir ton soğan sifariş edib. “Hədiyyə”nin üstündə qeyd də olub: “Mən üç gün ağladım. İndi növbə sənindir”.

Kuryer gənclə əlaqə saxlaya bilmədiyindən soğanları onun evinin qarşısına boşaldıb.