Zaqataladakı Alban kilsəsinin aqibəti necə olacaq? 

Zaqataladakı Alban kilsəsinin aqibəti necə olacaq? 
12:21 19-05-2020 | icon 1296

Zaqatalada yerləşən köhnə kilsə bərbad vəziyyətdədir. Milletinsesi.info xəbər verir ki, bu barədə fotolar sosial şəbəkədə paylaşılıb.

Bir qrup şəxs kilsənin albanlar, bəziləri isə ruslara məxsus olduğunu iddia edir.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli milletinsesi.info-ın sorğusuna cavab olaraq bildirib ki, sözügedən kilsə qeydiyyata alınıb:

“Zaqatala rayonunda yerləşən Alban kilsəsinin bərpa olunması məsələsi gündəmdədir. Bu məsələ 2020-2023-cü illərin dövlət əsaslı investisiya qoyuluşu layihəsinə salınıb.

Yaxın zamanlarda kilsənin bərpası ilə bağlı layihə sənədlərinin hazırlanmasına başlanılacaq”.