Azərbaycanda dəhşət: Kişi hamilə arvadını zəncirlədi - VİDEO

Azərbaycanda dəhşət: Kişi hamilə arvadını zəncirlədi - VİDEO
17:21 14-05-2020 | icon 499

ARB TV-nin “Elgizlə İzlə” verilişində həyat yoldaşı tərəfindən zəncirlənərək, işgəncə verilən qadın haqqında süjet yayımlanıb.

“Qoşulub qaçdığım üçün ailəm də məni dindirmirdi. Yoldaşımda arxayınlıq yarandı ki, ailəmdən kimsə gəlib-getməyəcək. Avaralıq etdi, həbsxanaya düşdü. Ona səkkiz il altı ay həbs cəzası verildi. Mən də atamın evinə getdim.

Həbsdən çıxdı, məni və iki uşağımızı götürüb yaşadığı kəndə gətirdi. Ev tikdik. Hər şey üstündə savaşmağa, zülm etməyə, işgəncə verməyə başladı. Qollarıma qaynar su töküb yandırıb, çəkiclə vurub. Uşaqları bir otağa salırdı, biz də başqa otağa keçirdik və məni döyməyə başlayırdı. Əl-qolumu bağlayıb döşəmə taxtası ilə, dəmirlə vururdu. Boynumda zəncirlərin izi var. Həyətdə bağlayırdı məni, deyirdi ki, ürəyim belə istəyir. Valideynlərim isə deyirdi ki, hər evdə söz-söhbət olur, get evinə. Mən də çıxıb sığınacağa gəldim”.