İnsan alveri ilə bağlı sənəd Milli Məclisdə

İnsan alveri ilə bağlı sənəd Milli Məclisdə
14:35 14-05-2020 | icon 525

İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı Milli Məclisə daxil olub.

milletinsesi.info-ın məlumatına görə, hesabat parlamentin mayın 19-da keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Sənədi Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatoru, Daxili İşlər nazirinin birinci müavini, polis general-mayoru Seyfulla Əzimov təqdim edəcək.

Bundan başqa, İnsan alverindən zərər çəkmiş şəxslərə reinteqrasiya dövründə ödənilən müavinətin məbləği 400 manatdan 700 manata qaldırılıb.

Bu barədə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2019-cu il üzrə illik məlumatında bildirilir.

Qeyd edək ki, illik hesabat Milli Məclisin mayın 19-da keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.