Bakıda övladları ilə birlikdə işgəncələrə məruz qalan qadından dəhşətli etiraflar - VİDEO

Bakıda övladları ilə birlikdə işgəncələrə məruz qalan qadından dəhşətli etiraflar - VİDEO
13:14 11-05-2020 | icon 620

“Ərim məni döşəməni silmək üçün istifadə edilən taxta ilə döyüb, işgəncələr verib, şəkillərimi sosial şəbəkələrə yükləməklə hədələyib”.

milletinsesi.info xəbər verir ki, bu sözləri Bakıda iki uşağı ilə birlikdə işgəncələrə məruz qalan qadın deyib.

“Həbsxanadan çıxıb kəndə gəldik. Ailəmin köməyi ilə ev tikdik. Amma heç nə dəyişmədi. Axşam olan kimi evə gəlirdi, narkotik çəkib, məni döyməyə başlayırdı. Məni soyundurub taxta ilə o qədər döyüb ki, bədənimdə, qollarımda izləri hələ də qalır. Başıma o qədər vurub ki, xəstəlik tapmışam. Əllərimi, boğazımı zəncirləyib, it kimi səhərə qədər həyətdə yatızdırırdı.

Çılpaq şəkillərimi çəkib, internetə verəcəyini deyirdi. Deyirdi ki, atan, anan, bacının, hamısının baxması üçün qoyacam. Qorxumdan ailəmə deyə bilmirdim. Onları da vurar, söyər, təhqir edər deyə qorxurdum”.

Qadın deyir ki, həyat yoldaşı uşaqlarına da zorakılıq edib:

“Uşağa iş tapşıranda bir az gec gələn kimi vurmağa başlayırdı. Sonuncu dəfə o qədər bərk vurdu ki, uşağın arxasından qan gəldi. Qorxudan həkimə də apara bilmədim. “Uşağı vurma!” desəm də, vururdu. Bizi rezin boru ilə döyürdü”.

Qeyd edək ki, zorakılıq qurbanı olan qadın Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinə yerləşdirilib.

Birliyin rəhbəri Mehriban Zeynalova redaksiyamıza bildirib ki, hazırda qadın reablitasiya prosesi keçir. O bildirib ki, son bir həftə ərzində sığınacağa doqquz döyülən və həyati təhlükəsi olan qadın qəbul edilib:

“Bu vəziyyətin qarşısı mütləq şəkildə alınmalıdır. Daxili İşlər Nazirliyi məsələyə dərhal reaksiya verərək, qadını sığınacağa yerləşdirdi. Lakin bu vəziyyətlərin qarşısı alınmasa, nəticə həqiqətən pis ola bilər”.

Qadının başına gələnləri danışdığı videogörüntülərini təqdim edirik: