Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbi Heydər Əliyevin xatirəsinə həsr edilmiş konsert təşkil edib - VİDEO

Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbi Heydər Əliyevin xatirəsinə həsr edilmiş konsert təşkil edib - VİDEO
16:14 10-05-2020 | icon 2108

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin müəllim və şagird heyəti dahi şəxsiyyətin xatirəsinə həsr olunmuş film-konsert təşkil edib.

Konsertdə  Böyük liderin çox sevdiyi, sənətinə yüksək hərarətlə yanaşdığı ölməz sənətkar T.Quliyevin əsərləri səslənib. Konsertin təşkilatçıları Səadət Rzayeva və Fidan Mir-Qədirova, montajçı Emil Minyaşevdir.