Falçının xəstə övladını sağaltması üçün 96 min manat verdi

Falçının xəstə övladını sağaltması üçün 96 min manat verdi
16:31 07-05-2020 | icon 200

Falçı adı ilə vətəndaşın 96 min manatını dələduzluq yolu ilə ələ keçirən qadın barəsində Daxili İşlər Nazirliyi tərəfindən cinayət işi başlanıb.

“Yeni Sabah.az”ın məlumatına görə, Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə) maddəsi ilə təqsirləndirilən Qədirova Roza Qasım qızı barəsində həbs-qətimkan tədbiri seçilməsi üçün materiallar Səbail Rayon Məhkəməsinə göndərilib. Hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə müstəntiqin vəsatəti təmin edilib.

Falçının xəstə övladını sağaltması üçün 96 min manat verdi

İlkin istintaq materiallarına görə, Şalyarov Calaləddin Əsgər oğlu oğlu Şalyarov Ülvi Calaləddin oğlunun səhhətində müəyyən problemlərlə əlaqədar bir sıra həkimlərə müracət edib. Lakin həkimlər dəqiq diaqnoz verməkdə çətinlik çəkib. Qeyd ediblər ki, elə ciddi problemlər yoxdur. Ancaq oğlunun səhhətində yaxşılığa və ya pisliyə doğru heç bir dəyişiklik baş verməyib. Bundan sonra əvvəllər əlaqəsi olan eyni məhəllədə yaşayan Qədirova Roza Qasım qızı onlara zəng edərək bildirib ki, Ülvinin səhhətində ciddi problemlər var: “Bizim cadugər falçılarımız bu problemi görüblər və həlli yollarını bilirlər. Bundan sonra biz onun istədiyi 2016-cı il aprel ayından, 2018-ci ilin oktyabr ayına qədər müddətdə hissə-hissə cəmi 96.000 manat pul ödəmişik”.

Lakin cadugar falçının “əməyindən” heç bir müsbət nəticə hasil olmayıb. Nəticə olmadığından Cəlaləddin Şalyarov ondan ödədiyi məbləği geri verməyi tələb edib. O isə bundan imtina edib. Bu məsələ ilə bağlı bütün danışıqlar telefon vasitəsilə qeydə alınıb, məhkəmə ekspertizası mərkəzində təsdiqlənib.

Qeyd edək ki, faktla bağlı Abşeron Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 178.3.2-ci maddə ilə cinayət işi başlanıb sonra vətəndaş təqsirləndirilən şəxsin həbs olunmaması ilə bağlı Daxili İşlər nazirinin qəbulunda olub və bundan sonra cinayət işi baxılması üçün 12 dekabr 2019-cu ildə DİN-nin Baş İstintaq və Təhqiqat idarəsinin Ağır Cinayətlərin İstintaqı İdarəsinə göndərilib.