8 yaşlı övladının pensiyası ilə yaşayan ailə -VİDEO

8 yaşlı övladının pensiyası ilə yaşayan ailə -VİDEO
13:21 01-05-2020 | icon 5369

190 manatlıq birdəfəlik yardımdan kənar qalan ailələrdən biri də Şirvanovlardır. Ailə başçıları 8 yaşlı əlilliyi olan oğlu və iki qızları ilə 5 ildir Sumqayıt yataqxanasında kirayə yaşayırlar.

Könül Şirvanovanın həyat yoldaşı günəmuzd çalışan fəhlədir. O deyir ki, karantin günlərində 8 yaşlı oğluna görə aldığı 200 manatlıq müavinat ucbatından hökumətin işsiz şəxslər üçün təyin etdiyi 190 manatlıq yardımdan məhrum olublar.

Könül Şirvanovanın ən böyük arzusu bir otaqlı da olsa, öz evinin olmasıdır. O, vitse-prezident Mehriban Əliyevaya üz tutub ondan yardım istəyir.