Məcburi köçkün: "Evdə oturub "oboy" kağızı yeyək?"

Məcburi köçkün: "Evdə oturub "oboy" kağızı yeyək?"
14:19 24-04-2020 | icon 1590

Sumqayıtın İnşaatçılar stadionda məskunlaşan 50-dən çox məcburi köçkün ailəsi hökumətdən yardım istəyir. Burada yaşayanların çoxu günəmuzd qazancla ailələrini dolandıranlardır. Pandemiya səbəbilə tətbiq olunan xüsusi karantin rejimi əl-qollarını bağlayıb.

İşsiz əhaliyə verilən birdəfəlik yardım – 190 manatı burada hələ alan şanslı tapılmayıb deyirlər. Məcburi Köçkünlərin sözlərinə görə, üz tutduqları Məşğulluq İdarəsindən də onlara bir məlumat verilmir.

20 ilə yaxındır stadionun zirzəmisində, rütubətli evlərdə yaşamağa məcbur qalan əhali indi həm də aclıqla üz-üzədir. Dövlətin məcburi köçkünlərə ayırdığı 60 manatlıq müavinatla ərzaq dükanlarına borclu qalırlar.

Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət komitəsinin mətbuat xidməti İbrahim Mirzəyevin verdiyi məlumata görə, hökumətdən müavinat alan məcburi köçkünlərə birdəfəlik yardım şamil olunmur.