Bakıda 24 yaşlı qadın itkin düşdü

Bakıda 24 yaşlı qadın itkin düşdü
12:28 09-04-2020 | icon 764

Səbail rayonu ərazisində qadın itkin düşüb. Bu barədə milletinsesi.info-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Məlumata görə, ötən gün paytaxtın Səbail rayonu M.Maqomayev küçəsində yaşayan, 1996-cı il təvəllüdlü S.Hüseynzadə günorta saatlarında evdən çıxıb və geri qayıtmayıb.

Bu barədə polisə onun həyat yoldaşı məlumat verib.

Faktla bağlı araşdırma aparılır.