Evdən çıxarkən vətəndaşın şəxsiyyət vəsiqəsinin üzərində olması mütləqdir

Evdən çıxarkən vətəndaşın şəxsiyyət vəsiqəsinin üzərində olması mütləqdir
01:42 06-04-2020 | icon 277

SMS icazə sistemində gecikmələrlə bağlı vətəndaşların ünvanladığı suallara aydınlıq gəlib. 

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev öz sosial media hesabında bu barədə açıqlama verib. O bildirib ki, SMS müraciətlərində gecikmələrlə bağlı müxtəlif səbəblər ola bilər:

“Misal üçün, müxtəlif yeni və köhnə nəsil telefon modellərinin tənzimləmə məhdudiyyətləri, bəzi şəxslərin lüzumsuz yerə dəfələrlə sistemə müraciət etməsi nəticəsində şəbəkənin yüklənməsi və mobil qurğularla bağlı digər bu kimi texniki səbəblər.

Bir daha vətəndaşların diqqətinə çatdırırıq ki, yalnız zərurət yarandığı halda xidmətdən istifadə etmək tövsiyə olunur. Evdən çıxarkən vətəndaşın şəxsiyyət vəsiqəsinin üzərində olması mütləqdir.

SMS sistemi hazırda tam dayanıqlı və təhlükəsiz vəziyyətdə çalışır. Hər hansı problem yaranacağı təqdirdə vətəndaşlar dərhal bu barədə və hansı addımların atılmalı olduğu barədə məlumatlandırılacaqlar”.

Məlum olduğu kimi, bu gündən SMS icazə sistemi qüvvədədir.

İlk gündə 8103 qısa nömrəsinə 223 min telefon nömrəsindən 456 min SMS göndərilib ki, bunlardan da təqribən 284 mini, yəni 62 faizi aidiyyəti olmayan məzmunla bağlı göndərildiyindən təsdiq cavabı almayıb.

“ASAN Xidmət” belə anlaşılmazlıqların qarşısını almaq məqsədilə 8103 SMS icazə sistemi ilə bağlı ən çox verilən sualları cavablandırıb.

Həmin sual və cavabları təqdim edirik: