Terapevtik Klinikasına yeni direktor təyin edilib

Terapevtik Klinikasına yeni direktor təyin edilib
13:21 26-03-2020 | icon 58

Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasına yeni direktor təyin edilib.

milletinsesi.info-ın məlumatına görə, ATU rektoru Gəray Gəraybəylinin əmrinə əsasən, bu vəzifəyə universitetin II uşaq xəstəlikləri kafedrasının professoru Surxay Musayev təyinat alıb.

Qeyd edək ki, Tədris Terapevtik Klinikasına Samir Allahverdiyev rəhbərlik edirdi.