Əyləncə parkı koronavirus xəstələri üçün tibb mərkəzinə çevrildi - VİDEO

Əyləncə parkı koronavirus xəstələri üçün tibb mərkəzinə çevrildi - VİDEO
12:35 26-03-2020 | icon 60

Argentinada “La Plata” əyləncə parkı koronavirus xəstələri üçün tibb mərkəzinə çevrilib.

Rusiyanın RT telekanalı bu barədə video yayımlayıb.

Kadrlarda işçilərin döşək və çarpayıları necə daşımaları əks olunub. 

Məlumatlara görə, parkda böyüklər və uşaqlar üçün artıq 115 yataq hazırdır.

Qeyd edək ki, Argentinada 328 yoluxma faktı qeydə alınıb, bunlardan yeddisi ölümlə nəticələnib.