COVID-19 daşıyıcıları infeksiyadan sonrakı ilk həftədə daha təhlükəlidir - ARAŞDIRMA

COVID-19 daşıyıcıları infeksiyadan sonrakı ilk həftədə daha təhlükəlidir - ARAŞDIRMA
10:28 26-03-2020 | icon 50

Yeni növ koronavirusun daşıyıcıları infeksiyaya yoluxma anından sonrakı ilk həftədə başqaları üçün ən böyük təhlükə mənbəyidir. Məhz bu səbəb xəstəliyin sürətlə yayılmasını izah edir.

“South China Morning Post” nəşri bu barədə Honkonq mikrobioloqlarının apardığı araşdırmaya istinadən məlumat verib.

Alimlər COVID-19-a yoluxan 35 yaşdan 75 yaşa qədər olan iki xəstəxananın 23 xəstəsinin tüpürcək nümunələrinin analiz cavablarına əsaslanırlar.

Tədqiqatlardan aydın olur ki, tüpürcəkdə virusun çəkisi simptomlar aşkar edildiyi andan ilk yeddi gün ərzində ən yüksək səviyyədə olub, sonra isə tədricən azalıb.

Bu, xəstəliyin ilk həftəsində virusun bir şəxsdən digərinə asanlıqla keçəcəyini göstərir.