Ağcabədi və Muxtar Respublika “beş” aldı - Yarım milyona yaxın əhalisi olan Naxçıvanda...

Ağcabədi və Muxtar Respublika “beş” aldı - Yarım milyona yaxın əhalisi olan Naxçıvanda...
11:35 25-03-2020 | icon 67

Azərbaycanda məşğulluq xidməti orqanlarında qeydiyyata alınmış işsiz şəxslərin sayının ən az olduğu rayon açıqlanıb.

milletinsesi.info Dövlət Statistika Komitəsinin göstəricilərinə istinadən xəbər verir ki, Ağcabədi rayonunda 61 işsiz qeydiyyatdadır.

Həmin şəxslərdən ikisi işsizlikdən sığorta ödənişi alır. 2020-ci ilin yanvarın 1-nə olan məlumata görə, Ağcabədinin 136 min 700 əhalisi var.

460 minə yaxın əhalisi olan Naxçıvan Muxtar Respublikası üzrə isə 82 işsiz qeydiyyatdadır. Onlardan heç biri işsizlikdən sığorta ödənişi almır.

Qeyd edək ki, 2020-ci il martın 1-i vəziyyətinə məşğulluq xidməti orqanlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 90 min 779 nəfər olub.

Onların 37 faizini qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişinin orta aylıq məbləği 338,9 manat olub.

 Aqşin Kərimov