Bu gün iki məşhur müğənni evdə oturanlar üçün canlı konsert verəcək

Bu gün iki məşhur müğənni evdə oturanlar üçün canlı konsert verəcək
14:14 24-03-2020 | icon 140

“Avroviziya 2019” mahnı müsabiqəsində Azərbaycanı təmsil etmiş Çingiz Mustafayev maraqlı addım atıb.

milletinsesi.info xəbər verir ki, sənətçi “Instagram” hesabında canlı yayımda konsert verəcəyini açıqlayıb: “Bu gün 23:00-da canlı yayımda görüşərik”.

Eyni zamanda, Türkiyənin tanınmış müğənnisi Cem Adrian bu gün Bakı vaxtı ilə saat 22:30-da özünün “YouTube” kanalında evindən canlı konsert verəcək.