“Sığorta Mamed” vəzifəsindən azad edildi - 27 ildə ölkənin ən varlı şəxslərindən birinə çevrildi

“Sığorta Mamed” vəzifəsindən azad edildi  - 27 ildə ölkənin ən varlı şəxslərindən birinə çevrildi
19:43 13-03-2020 | icon 14578

Dövlət Sığorta Kommersiya Şirkətinin ("Azərsığorta) sədri Məmməd Əhməd oğlu Məmmədov vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Xatırladaq ki, M.Məmmədov 13 yanvar 1993-cü il tarixindən "Azərsığorta"ya rəhbərlik edir.

Onu da qeyd edək ki, M.Məmmədov 5 may 1941-ci ildə Azərbaycan Respublikasının Tovuz rayonunda anadan olub. Orta təhsilini Tovuz rayonunda başa vurub. 1960-cı ildə Azərbaycan Dövlət Universitetinin Maliyyə-Kredit fakültəsinə daxil olub və 1965-ci ildə həmin universiteti bitirib.

1966-cı ilin fevral ayından 1972-ci ilin noyabr ayınadək Bakı şəhəri Binəqədi rayon Əmanət bankının müdiri vəzifəsində,1972-ci ilin noyabr ayından 1985-ci ilin aprel ayınadək Bakı şəhəri Əmanət Bankının rəisi vəzifəsində işləyib.

1985-ci ilin aprel ayından 13 yanvar 1993-cü ilədək Azərbaycan Respublikası Əmanət Bankının Prezidenti vəzifəsində çalışıb.

13 yanvar 1993-cü ildə Azərbaycan Respublikası Dövlət Sığorta Şirkətinin İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib. Bu günə qədə həmin vəzifədə işləyib.

Qeyd edək ki, «Sığorta Mamed» kimi tanınan Məmməd Məmmədovi Azərbaycanın ən varlı şəxslərindən biri hesab olunur. Mətbuata yayılan məlumatlarda «Sığorta Mamed»in Türkiyədə, Çexiyada əmlaklarının olduğu bildirilub. Həta şirkət rəhbərinin Çexiyanın Karlovı Varı şəhərində özünə dəyəri bir neçə milyon dollarla ölçülən villia inşa etdirdiyi iddia olunub.

Məmməd Məmmədovun belə böyük pulları necə qazanmasına dair də mediada məlumatlar yayılıb. Belə ki, mətbuatda çıxan xəbərlərə görə, şirkətin sığorta fəaliyyətində saxtakarlıqlara yol verilir. Sitat: «Hər il aztəminatlı ailələrin evlərinin sığortası adı altında Maliyyə Nazirliyindən on milyonlarla manat vəsait alınır. Amma heç bir ailəyə sığorta şəhadətnaməsi verilmir. Ayrılmış pullar isə ayrı yolla şirkət rəhbərinin cibinə axır. Həmin ailələrin bundan xəbəri yoxdur. Ona görə də, evləri yanıb kül olsa belə, yenə də onlara hər hansı bir sığorta pulu ödənilmir. Halbuki Məmməd Məmmədov həmin pulları öz adına yazdıraraq, götürməklə məşğuldur»

Hətta Milli Məclisin deputatı Fazil Mustafa parlamentin iclasda şəhid ailələrinə 11 min manat birdəfəlik yardımı «Sığorta Mamed»in rəhbərlik etdiyi şirkət tərəfindən mənimsənildiyini bildirmişdi.

"Sığorta Mamed"in oğlanlarının adı da müxtəlif qalmaqllı hadisələrdə hallanıb.  

 Onun oğlanlarından biri Elmar Məmmədov bir müddət  Azərbaycan Beynəlxalq Bankının rəhbəri vəzifəsində içləyib. Bu dövrdə bankın külli miqdarda vəsaitinin mənimsənildiyinə dair iddialar var. 

Onun digər oğlu Əhməd Məmmədov isə vaxtilə mütəşəkkil cinayətkar dəstənin başçısı Hacı Məmmədovun qurbanlarından biri olub. Hacı Məmmədov onun oğlunun girovluqdan azad edilməsi üçün Məmməd Məmmədovdan 850 min manat pul alıb. Hacı Məmmədovun qurbanları arasında “Sığorta Mamed” yeganə zərərçəkmişdir ki, banda başçısı ondan iki dəfə pul alıb. Əhməd Məmmədovun azad edilməsi üçün tərəflər arasında əldə olunan razılaşmadan sonra girovun yaxınları 1997-ci ildə dəstə üzvlərinə 400 min dollar pul veriblər. Lakin tələb olunan məbləğ veriləndən sonra da girovu sərbəst buraxmayıblar. Bundan sonra bir neçə ay da tərəflər arasında danışıqlar davam edib. Son nəticədə Hacı Məmmədov “Azərsığorta”nın rəhbərindən daha 450 min dollar alıb. Yalnız bundan sonra Əhməd Məmmədov azad edilib.

Hacı Məmmədov ifşa olunandan sonra o da üzə çıxdı ki, banda başçısının bacısı oğlu Elçin Əliyevin “Sığorta Mamed"in indi “Kapitalbank”a rəhbər təyin edilən Elmar Məmmədovla dostluq əlaqələri olub. Elçin Əliyev mütəmadi olaraq Məmmədovların evinə gedib-gəlirmiş. Hətta araşdırmalar zamanı müəyyənləşib ki, Əhməd Məmmədovu oğurlamağı dayısına Elçin Əliyev məsləhət görüb. Çünki özünün həmin ailə ilə əlaqələri olduğundan onların imkanına da bələd olub. Əhməd Məmmədov girovluqda olduğu müddətdə mütəmadi olaraq zərərçəkmişin qardaşı Elmar Məmmədovla görüşən Elçin Əliyev onlarla bağlı bütün məlumatları dayısına çatdırırmış. Hərçənd Hacı Məmmədov iddia edir ki, onun Əhməd Məmmədovu oğurlamasının Elçin Əliyevə heç bir aidiyyəti olmayıb. Banda başçısının dediyinə görə, özü “sığorta Mamed”in maddi durumuna bələd olduğundan onun oğlunu oğurlamaq qərarına gəlib.
Bundan başqa məhkəməsində Hacı Məmmədov “Sığorta Mamed”in oğlunu oğurladığına görə peşman olmadığını da açıqlamışdı.
“Sığorta Mamed”in oğlunu oğurlamaqla ondan Azərbaycan xalqının qisasını almışam" - deyə H.Məmmədov məhkəmədəki ifadəsində bildirmişdi.

 

 

Mənbə Azpolitika.info