"Qurtuluş 93" kompleksininə aid "Baxçalı Evlər" yaşayış binasının sakinləri etiraz aksiyası keçirib

"Qurtuluş 93" kompleksininə aid "Baxçalı Evlər" yaşayış binasının sakinləri etiraz aksiyası keçirib
17:08 23-02-2020 | icon 315

Fevralın 21-də Abşeron rayon Masazır qəsəbəsində 100 yaxın yerli sakin etiraz aksiyası keçirib. MillətinSəsi.info-ya bu barədə aksiya iştirakçılarından biri, sakin Şahin Əliyev məlumat verib.

Şahin Əliyev bildirib:  "21 fevralda səhər və axşam saatlarında Masazır qəsəbəsi, "Qurtuluş 93" kompleksininə aid olan "Baxçalı Evlər"  yaşayış binası sakinləri Abşeron işıq idarəsinin və icra hakimiyyətinin özbaşınalıqlarına etiraz olaraq  aksiya keçirdik.

Hamımız illərdir işıq problemindən əziyyət çəkirik və bununla bağlı Abşeron rayon icra hakimiyyətinə məlumat versəkdə, amma hələdə yerli məmurlar səsimizi eşitmədik istəmir. Bizdə məcbur aksiya keçirməyə qərar verdik.

Qaz xətti olmayan binalar tək energi ümüdinə qalıb. İşıq idarəsi işçilərinin özbaşınalığı nəticəsində bina sakinləri saatlarla və günlərlə işıqsız qalır. Sakinlər xəstə düşüb, məktəblilər və azyaşlı uşaqlar soyuqdan əziyyət çəkir, dərslərini hazırlaya bilmirlər.  İşıq promlemlərinin həll olunmadığı təqdirdə Novxanı yolunu bağlayacağıq. Biz prezidentimizdən xahiş edirik ki, Abşeron rayonunda baş alıb gedən,özbaşınalıqlarla d bağlı tədbir görsün. Bele olmaz axı bu əhalini ölkə başçısına qarşı qaldırmaqdır".

Onu da qeyd edək ki, Abşeron icra hakimiyyətinin rəsmiləri də hadisə yerində olub. Ənənəvi olaraq, sakinləri sakitləşdirərək problemin tezliklə həll olunacağı bildirilib.

undefined
 
undefined
 
undefined