“Lego-insan”ın yaradıcısı öldü - FOTO

“Lego-insan”ın yaradıcısı öldü - FOTO
07:35 23-02-2020 | icon 121

Məşhur “Lego-insan” fiqurunun yaradıcısı Yens Niqard Knudsen Danimarkada 78 yaşında dünyasını dəyişib.

Bu barədə AFR Knudsenin sabiq əməkdaşı Nils Milan Pedersenə istinadən xəbər verir.

Fiqurun yaradıcısının yan amiotrofik sklerozdan öldüyü bildirilir.

Knudsen 30 ildən artıq Danimarkanın “Lego Group” şirkətinin dizayneri olub. 70-ci illərin sonunda o, əlləri və ayaqları hərəkət edən məşhur mini-fiquru yaradıb.