Qanunsuz olaraq narkotik vasitə saxlayan şəxslər ifşa edilib - VİDEO

Qanunsuz olaraq narkotik vasitə saxlayan şəxslər ifşa edilib - VİDEO
07:00 23-02-2020 | icon 158

Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələri qanunsuz olaraq saxlamaqda şübhəli bilinən iki rayon sakini Ramin Haşımov və Məmmədəli Dadaşov saxlanılıb. 

milletinsesi.info-ın məlumatına əsasən, şübhəlilər rayonun Dəvədabanı yaşayış massivi ərazisində saxlanılaraq polis şöbəsinə gətiriliblər.

Onların üzərinə baxış keçirilən zaman Ramin Haşımovdan 130, Məmmədəli Dadaşovdan isə 95 qram qurudulmuş marixuana aşkarlanaraq götürülüb. Dindirilmə zamanı hər iki şəxs narkotik vasitələrin onlara aid olduqlarını və qanunuz olaraq saxladıqlarını etiraf ediblər.

Məsələ ilə bağlı Quba rayon RPŞ-də cinayət işi açılıb.