Ucarda ağır qəza: Ölən var - VİDEO

Ucarda ağır qəza: Ölən var - VİDEO
06:07 23-02-2020 | icon 176

Ucarda yük və minik maşınları toqquşub, ölən və xəsarət alanlar var.

milletinsesi.info xəbər verir ki, hadisə Bakı-Qazax magistral avtomobil yolunun 222-ci kilometirliyində rayonun Pirkənd kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, sürücü 56 yaşlı Eldar Qarayev “Mercedes” markalı minik maşını ilə Bakı istiqamətində hərəkətdə olarkən  Türkiyə vətəndaşının idarə etdiyi qarşıdakı iri tutumlu yük maşınına çırpılıb. 

Qəza nəticədə sürücü və onun sərnişinləri 57 yaşlı Gürcüstan vətəndaşı Namiq Karakmazlı, 30 yaşlı Bakı şəhər sakini Sahib Qarayev, 56 yaşlı Faqimə Qarayeva və 59 yaşlı Kəmalə Əliyeva müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar.

Minik maşınında sıxılıb qalmış yaralıları çıxarmaq üçün dərhal əraziyə Qəza xilas etmə qrupu cəlb olunub. Yaralılar Ucar rayon mərkəzi xəstəxanasına çatdırılıblar. Həkimlərin səyinə baxmayaraq Namiq Karakmalının həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.