ABŞ səssiz hipersonik sərnişin təyyarəsi istehsal edəcək

ABŞ səssiz hipersonik sərnişin təyyarəsi istehsal edəcək
22:42 19-02-2020 | icon 89

ABŞ-ın “Lockheed Martin” şirkəti səssiz hipersonik təyyarə istehsal edəcək.

BBC-nin verdiyi xəbərə görə, X-59 sərnişin təyyarəsi 2021-ci ildə “QueSSS” şirkətinin layihəsinə əsasən səssiz sınaq uçuşu həyata keçirəcək.

Təyyarə səs-küy səviyyəsini minimum səviyyəyə endirməyə yönəldilmiş xüsusi texnologiyadan istifadə edərək hazırlanacaq. Bu, onun hazırda beynəlxalq qaydalarla qadağan olunan aşağı məsafədən yaşayış məntəqələri üzərindən uçmasına imkan yaradacaq.

Təyyarənin səssiz uçuşunun əsas elementləri uzanmış iti burun, gövdəsi və  tərs kimi görünməsidir.