Yol verməmək üstə düşən dava avtobusu qaydasız döyüş meydanına çevirdi - VİDEO

Yol verməmək üstə düşən dava avtobusu qaydasız döyüş meydanına çevirdi - VİDEO
20:42 18-02-2020 | icon 75

Yol verməmək üstə düşən dava avtobusu qaydasız döyüş meydanına çevirib. İctimai nəqliyyatın qeydiyyat kamerası tərəfindən çəkilən kadrlar böyük müzakirələrə səbəb olub. “Hürriyet”in məlumatına görə, hadisə Türkiyənin Niğde vilayətində baş verib.

Bildirilir ki, dayanacağa çatdıqda avtomobilin sürücüsü A.E. avtobusa minərək sürücü M.E.-ni vurmağa başlayıb. M.E. də yanındakı beysbol ağacı ilə qarşılıq verib. Avtobusun içində başlayan dava bayırda davam edib. 

Sərnişinlərin müdaxiləsi ilə onları ayırmaq mümkün olub. Polislər hadisə yerinə gələrək A.E.-ni saxlayıb. Avtobus sürücüsü isə xəstəxanaya yerləşdirilib.

Hər iki sürücü bir-birindən şikayət edib.