Bakıda 32 yaşlı qadını bıçaqladılar

Bakıda 32 yaşlı qadını bıçaqladılar
23:42 16-02-2020 | icon 169

Bakıda bıçaqlanma hadisəsi baş verib. 

“Report” xəbər verir ki, hadisə Suraxanı rayonu, Günəşli qəsəbəsində qeydə alınıb. 

Belə ki, 1988-ci təvəllüdlü Əliyeva Gülnar Qabil qızı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya gətirilib. 

Müayinə zamanı onun bədənində çoxsaylı kəsilmiş-deşilmiş bıçaq yaraları aşkarlanıb. 

Yaralı dərhal əməliyyat olunub, vəziyyəti ağırdır.  

Onun kim tərəfindən və hansı şəraitdə bıçaqlanması ilə bağlı araşdırma aparılır.