İstanbulda koronavirus təhlükəsi: Çinli sərnişin təyyarədən birbaşa vətəninə göndərildi

İstanbulda koronavirus təhlükəsi: Çinli sərnişin təyyarədən birbaşa vətəninə göndərildi
21:42 24-01-2020 | icon 114

İstanbula səfər edən çinli qadında koronavirus simptomlarının aşkarlanmasından sonra qadın təyyarədən birbaşa olaraq Çinə geri göndərilib.

Bu barədə “Yeni Şafak” nəşri Türkiyənin Səhiyyə naziri Fəxrəddin Koça istinadən məlumat yayıb.

Nazirin sözlərinə görə, gənc qız sərnişinlərin razılığı ilə əks istiqamətdə uçan reyslə vətəninə göndərilib.

“Biz bütün ehtiyat tədbirlərini görürük”, - nazir bildirib.