Azərbaycanda keçmiş məmur narkotiklə tutuldu - FOTO

Azərbaycanda keçmiş məmur narkotiklə tutuldu - FOTO
12:14 23-01-2020 | icon 170

Xızı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin satışında və dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.

Bununla bağlı DİN Mətbuat Xidmətinin Quba regional qrupu məlumat yayıb.

Bildirilib ki, RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayonun Giləzi qəsəbə sakini, əvvəllər Cinayət Məcəlləsinin soyğunçuluq və oğurluq maddələri ilə məhkum olunmuş Pərviz Zeynalov saxlanılaraq polis şöbəsinə gətirilib. Onun üzərinə baxış keçirilən zaman satış üçün hazırlanmış narkotik maddə - heroin aşkar olunub.

Dindirilmə zamanı P.Zeynalov narkotik maddələrin satışı ilə məşğul olduğu etiraf edib.

milletinsesi.info-ın əldə etdiyi məlumata görə, P.Zeynalov 2008-2011-ci illərdə Xızı rayon Şahmat məktəbinin direktoru işləyib.

Qeyd olunan faktla bağlı Xızı RPŞ-də araşdırmalar aparılır.