Məşhur modelyer son şousunda təəccübləndirdi - FOTO

Məşhur modelyer son şousunda təəccübləndirdi - FOTO
11:35 23-01-2020 | icon 148

Fransız dizayner Jan Pol Qotye Parisdəki Şatl Teatrında son moda nümayişini keçirib.

Bu barədə Lenta.ru xəbər verib.

Moda dizaynerinin karyerasının 50 illiyinə həsr olunmuş tədbirdə dünyaca məşhur modellər, o cümlədən, İrina Şeyk və Dita fot Tiz iştirak edib.

Şounun sonunda podiuma çıxan Qotye hər kəsi təəccübləndirib. Belə ki, onun əynində fəhlə geyimi - mavi kombinezon və ket olub.

Dizayner izləyənlərə təzimlə təşəkkür edib və modellərlə rəqs etmək üçün səhnədə qalıb.

Bu şounun peşə karyerasında sonuncu olacağını, Qotye yanvarın 17-də jurnalistlərə açıqlamasında bildirmişdi.

Qeyd edək ki, “Pierre Cardin” moda evində karyeraya başlayan Jan Pol Qotye, 1976-cı ildə öz brendini yaradıb. Dizayner Madonna, Merilin Manson, Kayli Minoq, Milen Fermer və başqaları üçün səhnə geyimləri hazırlayıb.