ABŞ vətəndaşı azyaşlı Ceylanın bibisi Bağırova Cəmilə komitə sədri olmağa hazırlaşır?!

ABŞ vətəndaşı azyaşlı Ceylanın bibisi Bağırova Cəmilə komitə sədri olmağa hazırlaşır?!
13:27 21-01-2020 | icon 9702

Dubaydan oğurlanaraq Türkiyə üzərindən Azərbaycan ərazisinə gətirilmiş ABŞ vətəndaşı azyaşlı Ceylanın bibisi Bağırova Cəmilənin respublikanın Ailə, qadın və uşaq problemlər üzrə dövlət komitənin sədri vəzifəsinə gətirilmiş olması nə qədər real və ədalətlidir?!?... 

Milli Məclisdə spikerinin müavini olmuş Bahar Muradovanın guya komitənin sədri vəzifəsinə gətirilmiş olacağı ilə əlaqədar KİV-də getmiş məlumatlar Hicran Hüseynova və Bağırova Cəmilə tərəfindən qəsdən ortaya atılmış dezinformasiya xarakterlidir. Çünki həmin vəzifəyə Bağırova Cəmilənin təyin edilmiş olmasına çalışmışdılar.

Bu vəzifəyə can atmış olması üçün o, Heydər Əliyev Fondunun I Vitse prezidenti Leyla Əliyevaya yol tapmış olmağa çalışmışdı. Həmin yol isə müəyyən adamların köməkliyi ilə Heydər Əliyev Fondunun I Vitse prezidenti Leyla Əliyevanın növbəti dəfə köməyə ehtiyacı olan kimsəsiz, əlilliyi olan uşaqlarla, ahıllarla görüşə getdiyi zaman komitədən nümayəndə kimi “təsadüfən” Bağırova Cəmilə orada “peyda olmalı idi”. 

Oxuculara məlum olduğu kimi bir daha bildiririk ki, Qırğızıstan Respublikasının vətəndaşı, Birləşmiş Ərəb Əmirliklərinin Dubay Əmirliyinin Rezidenti Merim Beishekeyeva (Beyşekeyeva) ilə cavabdeh Bağırov Davud Zöhrab oğlu Birləşmiş Ərəb Əmirlikləri-Dubay Hökuməti Dubay Məhkəmələri-Dubay İbtidai Şəriət Məhkəməsində 29 iyun 2011-ci il tarixdə 211/M/930-cu nömrəsiylə nikahı rəsmiləşdirmişdilər. Sonradan Merim Beishekeyevanın (Beyşekeyevanın) tərəfindən Bağırov Davuda qarşı “nikahın pozulmasına, azyaşlı qızı Ceylanın Merim

Beishekeyevanın (Beyşekeyevanın) himayəsində qalması, aliment və s.” iddia tələbinə dair Birləşmiş Ərəb Əmirlikləri-Dubay Hökuməti Dubay Məhkəmələri-Dubay İbtidai Şəriət Məhkəməsinə verilən iddiaya əsasən rəsmi nikahı pozulmuşdur. Əgər Dubay Əmirliyinin birinci instansiya məhkəməsi cavabdeh Bağırov Davud Zöhrab oğlunun mənə qarşı qarşılıqlı iddiasını qismən təmin etmiş olaraq azyaşlı övladım Bağırova Ceyla Davud qızının onun himayəsində qalmış olmasına görə 06 iyun 2016-cı il tarixində qərarı vermiş olsa da, sonradan Merim Beishekeyeva (Beyşekeyeva) tərəfindən verilən Apellyasiya Şikayəti Dubay Məhkəməsinin Apellyasiya İnstansiyasının Qətnaməsinə əsasən 17 noyabr 2016 il tarixdə təmin edilərək, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmişdir. Cavabdeh Bağırov Davud tərəfindən Merim Beishekeyevaya (Beyşekeyevaya) aliment ödənilməsi və azyaşlı qızı 02 noyabr 2012 il təvəllüdlü Ceylanın anası Merim Beishekeyevanın (Beyşekeyevanın) himayəsində qalması qət edilmişdir.

Bağırov Davudun adından Dubay Ali Məhkəməsindən yararlanmış olmağa görə vermiş olduğu kassasiya şikayətini qismən təmin etmişdilər-yəni aliment hissəsinin ödənilməsi azyaşlı Ceylanın anası Merim Beishekeyevaya (Beyşekeyevaya) təhvil verilməsi anından hesablanması diqqətə alınaraq 14 fevral 2017 il tarixdə Dubay Ali Məhkəməsinin 250/2016 saylı Qərar verilmişdir.

Diqqətə çatdırırıq ki, Merim Beishekeyevanın (Beyşekeyevanın) azyaşlı qızı Ceyla Amerika Birləşmiş Ştatlarının vətəndaşıdır, həmin ölkə tərəfindən azyaşlı Ceylaya 2012 ili noyabr ayında həm doğum şəhadətnaməsi, həm də pasport verilmişdir.

Bağırov Davud Zöhrab oğlu bildiyi halda ki, Dubay Əmirliyində Merim Beishekeyeva (Beyşekeyeva) ona qarşı 14 iyul 2015 ildə iddia qaldırmışdır, o da Merim Beishekeyevaya (Beyşekeyevaya) qarşı qarşılıqlı iddia qaldırıb, bununla belə azyaşlı Ceylanı, həmçinin onun doğum şəhadətnaməsini, pasportunu və Merim Beishekeyevanın (Beyşekeyevanın) doğum şəhadətnaməsini, ona aid digər sənədləri bacısı olmuş, respublikanın ailə, qadın, uşaq problemlər dövlət komitənin uşaq problemlər şöbəsinin müdiri olmuş Bağırova Cəmilənin, anası olmuş Əhmədova Ramidənin vasitələriylə oğurlayaraq Dubaydan Türkiyəyə, orada 4 (dörd) gün qaldıqdan sonra Azərbaycan ərazisinə gəlmiş olmuşdular. Çünki azyaşlı Ceyla Amerika Birləşmiş Ştatlarının vətəndaşı olduğundan Azərbaycana mütləq viza almaq lazım idi, lakin Türkiyə ilə Amerika Amerika Birləşmiş Ştatları arasında vizasız rejim olduğundan Bağırov Davud azyaşlı Ceyla ilə Türkiyəyə uçub 4 (dörd) gün ərzində hansısa saxtakarlıqlar edib, Azərbaycan ərazisinə uçub gələ bilmişdilər.

Yuxarıda qeyd edildiyi kimi Dubay Əmirliyində məhkəmənin getdiyini bildiyi halda Bağırov Davud özünü sığortalamış olmaq üçün Bakı şəhərində Merim Beishekeyevaya (Beyşekeyevaya) qarşı “nikahın pozulması və azyaşlı qızının onun yanında qalmış olması” barədə 29 fevral 2016-cı ildə iddia qaldırmışdı, Dubaydakı məhkəmə barədə bir cümlə də olsun belə məlumat verməmişdi. Səbail rayon məhkəməsinin hakimi olmuş Bağırov Nurəddin də qəyyumluq və himayəçilik orqanlarını işə cəlb etmədən iki ayın ərzində bir məhkəmə iclası keçirmiş olaraq 28 aprel 2016-cı ildə onun ıddasının təmin edilmiş olması barədə 2(009)-1528/2016-cı saylı getnaməni çıxarmışdı. Nə isə...

Nəhayət 05 fevral 2017 ildə Merim Beishekeyeva (Beyşekeyeva) anası ilə birlikdə Azərbaycana gəlirlər.

Bügünə qədər Merim Beishekeyeva (Beyşekeyeva) dəfələrlə çalışsa da ki, azyaşlı qızı Bağırova Ceylayla görüşsün, Bağırov Davudun özü ümumiyyətlə Azərbaycanda çox nadir halda çox qısa müddətə gəlib-getmiş olduğundan onu tapa bilməsələr də qızının Davudun anası olmuş Ramidə Əhmədovanın və bacısı olmuş, respublikanın ailə, qadın və uşaq problemlər komitənin uşaq problemlər şöbəsinin müdiri olmuş Bağırova Cəmilənin yanlarında qalmış olduğunu bildiyindən onların ünvanlarına gedib, onlara zəng vurub, nə qədər yalvarsa da ki, qızı ilə heç olmasa onların iştirakı ilə on-on beş dəqiqəyə görüşsünlər, qızı üçün gətirdikləri hədiyyələri təqdim etsinlər, nə keçmiş qaynanası olmuş Ramidə, nə də keçmiş baldızı olmuş Cəmilə Bağırova qətiyyən imtina etmişdilər.

Cəmilə Bağırova Merim Beishekeyevaya (Beyşekeyevaya) hədə-qorxu gəlmişdi ki, respublikanın qadın komitənin sədri olmuş Hicran Hüseynova ilə çox yaxşı münasibətdə olduqlarından, həmçinin əli yüksək vəzifəli şəxslərə çatmış olduğundan bütün dövlət orqanları onun tərəfində durmuş olacadılar. Merim Beishekeyeva (Beyşekeyeva) hüquqlarını çox qabartsa Bakıdan gedəndə gömrükdə və sərhəd xidmətində onun çantasında və ya ciblərində narkotik tapa bilmiş olardılar. Səbail r-n qeydiyyat şöbəsinin rəisi olmuş İradə İsgəndərovanın da prezidentə yaxın olmuş olduğunu bildirmişdi.

Bir daha bir faktı diqqətinizə çatdırmaq istəyirik ki, Bağırova Cəmilə öz səlahiyyətlərindən sui-istifadə etmiş olaraq hələ 12 dekabr 2012-ci il tarixində Səbail r-n qeydiyyat şöbəsinin rəhbərliyi ilə cinayət əlaqəsinə girmiş olaraq Merim Beishekeyevanın (Beyşekeyevanın) azyaşlı qızı Ceylaya AZ-II № 970077, 1479-cu nömrəsiylə verilmiş 12 dekabr 2012-ci il tarixiylə qeydiyyatdan keçmiş doğum şəhadətnaməsi almışdı. Halbuki həmin vaxt Merim Beishekeyeva (Beyşekeyeva) azyaşlı qızı Ceyla ilə Amerika Birləşmiş Ştatlarında, Bağırov Davud isə Dubayda idi. Merim Beishekeyeva (Beyşekeyeva) uşağı dünyaya gətirənə qədər Davudla Bakıda sonuncu dəfə 2012 ilin iyun ayında olmuşdular. Onlar yalnız 2013 ilin aprel ayında Bakıya gəlmişdirlər.

Sual olunur belə halda nə Merim Beishekeyeva (Beyşekeyeva), nə də Bağırov davud Azərbaycanda olmadıqları halda həmin doğum şəhadətnaməsini necə verə bilərdilər?!?...

Sonradan məlum olmuşdu ki, Bağırova Cəmilə komitənin sədri olmuş Hüseynova H.K.-ın adından istifadə etmişdi, hətta bildirmiş olmuşdu ki, Hüseynova H.K.-ın qeydiyyat şöbəsinin rəhbərliyini inandırmış olub ki, bu “işin üstü açılmayacaqdı”.

Sonradan Dubay Ali Məhkəməsinin 250/2016 saylı 14 fevral 2017 il tarixli Qərarın Azərbaycan Respublikasının ərazisində tanınmasına və məcburi icrasına yönəlməsinə dair Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyası tərəfindən 2 dəfə: 05 oktyabr 2017 il tarixdə; 06 fevral 2019 il tarixdə tanınmaları və məcburi icralarına yönəlmələrindən ötrü Qərardadlar çıxarılmalarına baxmayaraq Bağırov Davudun tərəfindən verilmiş şikayətlərinə görə respublikanın konustitusiya məhkəməsi tərəfindən qəsdən, maddi maraqlara görə heç bir əsas olmadan iki dəfə icraata götürmüşdülər, iki dəfə də qüvvədən düşmüş hesab etmişdilər. Hazırda Dubay Ali Məhkəməsinin 250/2016 saylı 14 fevral 2017 il tarixli Qərarın Azərbaycan Respublikasının ərazisində tanınmasına və məcburi icrasına yönəlməsinə dair Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyası tərəfindən 3-cü dəfə baxılacaqdır.

Bu məqaləni çap etməkdə məqsədimiz ondan ibarətdir ki, Bağırov Davud bacısı olmuş Bağırova Cəmilənin komitənin sədri olmuş Hüseynova Hicranla yaxşı münasibətdə olmağından istifadəni həyata keçirmiş olduğu barədədir. Siz “MillətinSəsi.İnfo” saytının çoxsaylı məqalələrinə, o cümlədən 22 aprel 2019 il tarixdə, 14 may 2019 il tarixdə, 06 avqust 2019 il tarixdə, 16 sentyabr 2019 il tarixdə, 05 dekabr 2019 il tarixdə, 27 dekabr 2019 il tarixdə çıxan məqalələrinə diqqəti yönəltsəniz bu halların mövcudluğunu görəcəksiniz.

Həmçinin komitənin mətbuat xidmətinin rəhbəri Elgün Səfərovun 17 oktyabr 2019 il tarixdə “MillətinSəsi.İnfo” saytının təsisçi və baş redaktoru Tahir Abbaslı və Merim Beishekeyevanın (Beyşekeyevanın) nümayəndəsi, hüquqşunas və eyni zamanda 15 fevral 2019 il tarixdən “MillətinSəsi.İnfo” saytının araşdırmaçı jurnalisti müxbiri, 29 noyabr 2019 il tarixdən “MillətinSəsi.İnfo” saytının baş redaktorunun hüquq məsələləri üzrə müavini Abdulla Əfəndizadə ilə görüşdə komitənin sədri olmuş şəxs kimi Hüseynova Hicran Bağırova Cəmilənin tərəfində durmadığını israrla bildirmişdir, təklif etmişdir ki, ya Abdulla Əfəndizadə, ya da Merim Beishekeyeva (Beyşekeyeva) 23 oktyabr 2019 il tarixdə Lənkəran şəhərinə gedib, komitənin sədri olmuş şəxs kimi Hüseynova H.K.-in qəbuluna düşsünlər, şikayətləri rəsmi çatdırsınlar.

Müəmmalı odur ki, hər həftənin çərşənbə axşamları səhər saat 10:00-dan axşam 17:00-dək şəxsən komitənin sədrinin qəbul günləri olduğu halda nəyə görə Abdulla Əfəndizadə və ya Merim Beishekeyeva (Beyşekeyeva) qəbulda olmaq üçün məhz Lənkəran şəhərinə gəlməliydilər?!?... Nə isə...

Komitənin mətbuat xidmətinin rəhbəri Elgün Səfərovun təklifi ilə Abdulla Əfəndizadə Bağırova Cəmilənin mobil telefonuna:+99450 235 34 11-ə 17 oktyabr 2019 il tarixdə axşam saat 18:46 da zəng vurmuşdur. Bağırova Cəmilə Abdulla Əfəndizadənin zəngini çox aqressiya ilə qarşılamış olmuşdu, Abdulla Əfəndizadəyə olmuş nifrətini gizlətməmişdi, Merim Beishekeyevanın (Beyşekeyevanın) onun və qardaşı olmuş Bağırov Davudun qarşısında alçalmasından, üzr istəməsindən “bəhs etmişdi”.

Bağırova Cəmilə onu da “and-aman etmiş olmuşdu” ki, guya qardaşı olmuş Bağırov Davudun Merim Beishekeyeva (Beyşekeyeva) ilə iddiaları, şikayətlərinə görə işlərindən zərrə qədər xəbəri yoxdur, necə ki, belə bir işlərə qarışmırdı. Lakin özü də bilmədən ağzından qaçırmışdır ki, qardaşı olmuş Bağırov Davudun Merim Beishekeyevaya (Beyşekeyevaya) qarşı “valideyinlik hüququndan məhrum edilmiş olmağa” iddiasına görə Sabunçu r-n məhkəməsi (hakim olmuş Səmədov Əşirin (əslən Qubadlıdandır)) tərəfindən ekspertiza mərkəzinə göndərilmiş iş materialları fonoskopik ekspertizanın vermiş olduğu rəyinə görə Merim Beishekeyevanın (Beyşekeyevanın) əleyhinə rəyini vermiş olmuşdu.

Həmçinin Bağırov Davudun Abdulla Əfəndizadəyə qarşı vermiş olduğu xüsusi itiham qaydasında şikayətinə görə də linqvistik ekspertiza Abdulla Əfəndizadənin əleyhinə “rəy” vermişdi. Sual olunur əgər həqiqətən də Bağırova Cəmilənin qardaşı olmuş Bağırov Davudun Merim Beishekeyeva (Beyşekeyeva) ilə iddiaları, şikayətlərinə görə işlərindən zərrə qədər xəbəri yox idisə, qarışmırdısa belə halda onun (bağırova cəmilənin) hardan xəbəri ola bilərdi ki, fonoskopik ekspertizanın və linqvistik ekspertizanın vermiş olduqları rəylər hələ ki, qardaşı olmuş bağırov davudun xeyirinə çıxarılmış olmuşdu.

Bağırova Cəmilənin yalanının üstünü nəinki bu dedikləri, həmçinin Dubay Ali Məhkəməsinin 250/2016 saylı 14 fevral 2017 il tarixli Qərarın Azərbaycan Respublikasının ərazisində tanınmasına və məcburi icrasına yönəlməsinə dair Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyası (sədrlik edən hakim Ə.Mirzəliyev, hakimlər: T.A.Qoldman və E.R.Vəliyeva tərkibdə) iş №10(102)-80/2017 saylı 05 oktyabr 2017 il tarixli Qərardadına əsasən verilən İcra Vərəqəsinin icrasına 09 mart 2018-ci il tarixində 3 saat ərzində maneçilik törətmiş olub, azyaşlı Ceylanı gizlətməyi də sübuta yetirir.

Belə ki, Bağırova Cəmilə iş vaxtı 09 mart 2018-ci il tarixində saat 10:45-dən icra işi 13:30-dan sonra qurtaranadək qardaşı Bağırov Davudun mənzilində idi. O haradan bilirdi ki, həmin gün Səbail r-n İcra və Probasiya şöbəsi həmin icra işini həyata keçirəcəkdir, ən əsası da 3 (üç) saatdan artıq müddət ərzində “iş yerindən yayınmışdı”, bu qanunsuz hərəkətdən isə komitənin rəhbərliyinin “xəbəri olmamışdı” ?!?...

Hətta “MillətinSəsi.İnfo” saytının təsisçi və baş redaktoru Tahir Abbaslı tərəfindən komitənin sədri olmuş Hüseynova Hicranın adına 18 sentyabr 2018 il tarixdə göndərdiyi Sorğu-Məktuba uzun müddət cavab verilməmişdi, yalnız 17 oktyabr 2019 il tarixdə komitənin mətbuat xidmətinin rəhbəri Elgün Səfərovla görüşdən sonra həmin komitənin sayta çatdırmadığı cavabın kserosurətilə tanış olduqda yenə də Bağırova Cəmilənin cəzasız qaldığı, haqqında tədbir görülmədiyinə şahid olduq. Çünki cavabda Bağırova Cəmilənin iş vaxtı olmadığına görə hansı tədbirlərin görüldüyünə dair bir cümlə də olsun belə fikir bildirilməmiş qalmışdı. Görünən dağa bələdçi daha nəyə lazım?!?...

Komitənin mətbuat xidmətinin rəhbəri Elgün Səfərovun inadla və inamla komitənin sədri olmuş Hüseynova Hicran Bağırova Cəmilənin qardaşının himayədarı olmadığını dediyinə necə inanmaq olar ki, Bağırov Davudun Abdulla Əfəndizadəyə qarşı xüsusi itiham qaydasında vermiş olduğu şikayətinə görə Sabunçu r-n məhkəmənin hakimi olmuş Zeynalov Mirheydər şəxsən Abdulla Əfəndizadəyə bildirmiş olub ki, Bağırov Davudun ona qarşı vermiş olduğu xüsusi itiham qaydasında vermiş olduğu şikayətinə görə ona (yəni hakimi olmuş Zeynalov M.S.-ə) güclü təzyiq olunur ki, Abdulla Əfəndizadəni cəzalandırmış olaydı.

Zeynalov Mirheydər inadla tələb edirdi ki, Abdulla Əfəndizadə komitənin binasına gedib, həmin komitənin sədri olmuş şəxs kimi Hüseynova Hicrandan, həmin komitənin şöbə müdiri olmuş Bağırova Cəmilədən işçilərin gözləri qarşısında acızanə şəkildə üzr istəmiş olaydı.

Belə halda o (Zeynalov M.S-in) işin icraatına xitam versin. Deməli, o bir hakim kimi yaxşı bilirdi ki, təzyiqlər hardan, kimə və nəyə görə gəlmiş olmuşdular. Bu azmış kimi Abdulla Əfəndizadə ona qarşı verilmiş xüsusi itiham qaydasında şikayətin iş materiallarına nəzər salıb, tanış olduqda bir çox vəsatətlərin, təqdim olunan sənədlərin yoxa çıxmış olduqları ilə rastlaşmışdı.

Bu qanunsuzluqlarla əlaqədar Abdulla Əfəndizadə tərəfindən respublikanın ədliyyə nazirliyin, məhkəmə-hüquq şurasının qaynar xəttinə və rəsmi şəkildə həmin qurumlara təqdim etdiyi müraciətlərə hələ ki, baxan yox idi, qanunvericiliyə zidd olaraq verilən şikayətləri o şəxslərə göndərmiş olmuşdular ki, həmin şəxslərdən artıq şikayətlər verilib. Bu hal necə qanuna uyğun ola bilər?!?...

Hələ 2012-ci ildə Bağırova Cəmilənin Merim Beishekeyevaya (Beyşekeyevaya) hirsli şəkildə bildirdiyinə əsasən komitənin sədri olmuş şəxs kimi Hüseynova Hicrandan bir çox işlərə görə narazı qaldığını bildirmişdir. Sadəcə bu yazıda müəyyən səbəblərə görə bir daha açıqlama vermirik.

Abdulla Əfəndizadə 23 oktyabr 2019 il tarixdə Lənkəran şəhərində komitənin sədri olmuş Hüseynova H.K.-in vətəndaşlarla keçirmiş olacağı qəbuluyla bağlı iştirak etmək üçün artıq 22 oktyabr 2019-il tarixdə ərizəni yazıb, qoşmada sənədləri əlavə edib, yola düşməyə hazırlaşanda Hüseynova H.K.-ın Lənkəranda hansı binada görüş keçirəcəyi barədə məlumat almaq üçün komitəyə zəng vurur.

Komitədən ona bildirirlər ki, Hicran Hüseynova fikrini dəyişib, Lənkəranda vətəndaşları 23 oktyabr 2019 il tarixdə yox, 22 oktyabr 2019-il tarixdə artıq qəbul edib, qəbul qurtarmaq üzrədir. Təbii ki, Abdulla Əfəndizadə həmin an hətta Bakıdan Lənkərana belə yola düşmüş olsa idi, görüşə çatmayacaq idi.

17 noyabr 2019 il tarixdə “MillətinSəsi.İnfo” saytının təsisçi və baş redaktoru kimi Tahir Abbaslıya komitənin mətbuat xidmətinin rəhbəri Elgün Səfərov zəng vurur. Tahir Abbaslı da ona bildirir ki, komitənin sədri Hicran Hüseynovayla görüşüb, bu məsələ ilə əlaqədar müsahibə götürmək istəyir.

Elgün Səfərov ona bildirir ki, cümə axşamına qədər görüş mümkün olmayacaq, uzağı cümə axşamı 21 noyabr 2019 il tarixdə o (yəni Elgün Səfərov) özü əlaqə saxlayıb, görüşün vaxtını bildirəcək. Lakin çox təəssüflər olsun ki, 21 noyabr 2019 il tarixdən neçə gün keçmiş olsa da Elgün Səfərov tərəfindən hələ də heç bir məlumat verilmədiyindən 05 dekabr 2019 il tarixdə “I Vitse prezident Mehriban Əliyevaya Şok Müraciət” məqaləsinin işıq üzü görməsi baş tutmuşdur.

Məlum olduğu kimi 19 noyabr 2019-cu il tarixində komitənin sədri olmuş Hüseynova Hicran Ağdam şəhərində vətəndaşları qəbul etmək üçün bütün nazirlər, komitə sədrləri kimi avtomobillə yox, helikopterlə uçaraq getmişdi. Burada sual yaranır?!? Görəsən Hicran Hüseynova avtomobillə vətəndaşlarla görüşə getməyi özünə sığışdırmırdı, yoxsa artıq yaşı çox, pensiyada olduğundan, sağlamlığı ona imkan vermədiyindən belə etmişdir?!?

Hətta komitənin mətbuat xidmətinin rəhbəri Elgün Səfərov bu halı təsdiq etsə də, hansı səbəbə görə baş verdiyinə görə açıqlama verməyəcəyini bildirmişdir. Hər iki halda belə bir hərəkət komitənin sədri olmuş bir şəxsə yaraşmır. Lakin sonradan Hicra Hüseynova özü müəyyən adamların tapşırığı ilə mətbuat konfransı keçirmiş olaraq hərbçilərin helikopteri ilə uçub getmiş olduğunu bildirmişdi.

Oxucuların diqqətinə çatdırmaq istəyirik ki, Hicran Hüseynova 11 avqust 1955-ci il tarixində anadan olmuşdur, 2019-cu ilin avqust ayının 11-də onun 64 yaşı tamam olmuşdur. Yeri gəlmişkən Hicran Hüseynovanın müavini Sədaqət Qəhrəmanova artıq istefa ərizəsini də yazmışdır. Oxucuların diqqətinə bir daha onu da çatdırırıq ki, Hicran Hüseynovanın mərhum atası Kamran Hüseynov Sumqayıtın qurulmasında böyük əməyi olan insanlardan biridir, həmin dövrdə Azərbaycanda hörmətli, vicdanlı şəxslərdən biri, Sumqayıtın şəhərinin ilk birinci katibi olmuşdur, əslən Qubadlıdandır.

Yəqin oxucuların yaxşı yadındadır ki, hələ 2019 ilin dekabr ayında söhbət gəzirdi ki, Hicran Hüseynovanın bacısı hansı ki, Qərb Universitetində çalışırdı, milli məclisə 09 fevral 2020 il tarixdə keçiriləcək seçkilərdə deputat kimi namizədliyini irəli sürüblər. Lakin etibarlı mənbələr əslində Hicran Hüseynovanın bacısının yox, özünün namizəd kimi irəli sürülmüş olacağını bildirmişdilər. Bir neçə vaxtdan sonra həmin məlumatlar öz təsdiqini tapmış olmuşdular.

2020 ilin əvvəllərində “Yeni Müsavat” qəzetində çıxan məqalədə respublikanın ailə, qadın və uşaq problemlər üzrə komitənin sədri vəzifəsinə həmin komitənin sədr müavini Aynur Sofiyevanın, Milli Məclisin spikerinin müavini olmuş Bahar Muradovanın guya komitənin sədri vəzifəsinə gətirilmiş olacağı ilə əlaqədar KİV-də getmiş məlumatlar Hicran Hüseynova və Bağırova Cəmilə tərəfindən qəsdən ortaya atılmış dezinformasiya xarakterlidir.

Çünki həmin vəzifəyə Bağırova Cəmilənin təyin edilmiş olmasına çalışmışdılar. Bahar Muradova isə heç bir halda komitənin sədri vəzifəsinə təyin edilməyəcəkdir, özü də bu haldan xəbərdardır.

Etibarlı mənbənin verdiyi məlumata görə, Bahar Muradova doğulduğu Füzuli rayonunun İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmasını istəyir. Hörmətli, həmişə sadəliyi, xanımlığı ilə seçilən şahmat üzrə dəfələrlə dünya, Olimpiya, SSRİ, respublika çempionu Aynur xanım Sofiyevanın da “şansı yox idi”.

Aldığımız digər məlumata görə isə yuxarıda qeyd etdiyimiz kimi komitənin sədr vəzifəsinə Bağırova Cəmilənin təyin edilməsi üçün özünün və Hicran Hüseynovanın “can atmış olması” barədə məlumatlar var idi. Hətta Bağırova Cəmilənin bu vəzifəyə can atmış olması üçün o, Heydər Əliyev Fondunun I Vitse prezidenti daim xeyriyyəçilik ilə məşğul olan Leyla Əliyevaya yol tapmış olmağa çalışmasıdı. Həmin yol isə müəyyən adamların köməkliyi ilə Heydər Əliyev Fondunun I Vitse prezidenti Leyla Əliyevanın növbəti dəfə köməyə ehtiyacı olan kimsəsiz, əlilliyi olan uşaqlarla, ahıllarla görüşə, həmin kimsəsizlərlə əlaqədar binaların açılışına getdiyi zaman komitədən nümayəndə kimi “təsadüfən” Bağırova Cəmilə orada “peyda olmalı idi”. Sonra isə Heydər Əliyev Fondunun başqa birgə tədbirlərində həmin fondun I Vitse prezidenti Leyla Əliyevayla “tez-tez görüşməli” idilər.

Etibarlı mənbədən verilən məlumatlardan o da bəlli olmuşdu ki, əgər Bağırova Cəmilə komitənin sədri seçilsə idi, komitənin sədrinin müavini Aynur Sofiyevanı, komitənin ailə problemlər şöbəsinin müdiri Gülnarə Məmmədovanı və digər özünə yaramayan insanları komitədən uzaqlaşdıracaqdı.

Çox təhlükəli insan idi. Elə deyilmi?!?...

Yəqin Heydər Əliyev Fondunun rəhbərliyi o cümlədən Leyla xanım Əliyeva bu hadisədən duyuq düşüb, babasının adını daşıyan, dünyanın əksər ölkələrində tanınan fondun adından, imicindən istifadə etmiş olmağa çalışmış adamlara- o cümlədən Bağırova Cəmilənin yararlanmış olmasının qarşısını qətiyyətlə almaqla onun həmin fonda yaxın düşməsinə belə imkan yaratmayacaqdır.

Həqiqətən də gənc ananı- Merim Beishekeyevanı (Beyşekeyevanı) öz azyaşlı qızı Ceylaya illər idi ki, həsrət qoymuş, qardaşı olmuş Bağırov Davudun məhkəmə işlərində qanunsuz olaraq müdaxilə etmiş, ABŞ vətəndaşı azyaşlı Ceylaya onun anası Merim Beishekeyevanın (Beyşekeyevanın) xəbəri və icazəsi olmadan Azərbaycan ərazisində saxta yollardan istifadə edib, saxta doğum şəhadətnaməsinin alınmış olmasını təşkil etmiş, 3 (üç) ildən artıq müddətdə adı neqativ şəkildə Azərbaycan və xarici Kütləvi İnformasiya Vasitələrində hallanan bir qadının belə bir mühüm vəzifənin rəhbərliyində olmasının qarşısı qətiyyətlə alınmalıdır.

Həmçinin Hüseynova Hicranın da deputat seçilməsindən seçicilər imtina etməlidirlər. Hicran Hüseynova bu gün müəyyən adamların köməkliyindən istifadə etmiş olaraq özünə deputat mandatını qazanmağa çalışmışdı. Özünün də yerinə yaxını olmuş Bağırova Cəmilənin təyin edilmiş olmasına çalışmışdı. Çünki mətbuatdan da məlum olduğu kimi Hicran Hüseynovanın, həmçinin əvvəllər rəhbərlik etmiş olduğu komitənin adı çox qaranlıq işlərdə hallanırlar. Bu səbəbə görə də özü komitədən getdikdən sonra keçmişdə gördüyü işləri heç kəsin qurdalamış olmaması üçün onun yerinə gələcək insanın “öz adamı” olması ona həyatı əhəmiyyətli idi.

Yəqin ki, Sumqayıt 3-cü Seçki dairəsindən olan seçicilər Hicran Hüseynovanın əslən Qubadlıdan, sağlığında hörmət qazanmış mərhum Kamran Hüseynovun qızı olduğuna əhəmiyyət verməyəcəklər, onun 13 il komitənin rəhbərliyində olduğu müddət ərzində heç bir iş görmədiyini nəzərə gətirib, başqa dəyərli namizədə öz səsləri ilə Milli Məclisə seçilməsinə nail olacaqdırlar.

Eyni zamanda Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyası tərəfindən Dubay Ali Məhkəməsinin 250/2016 saylı 14 fevral 2017 il tarixli Qərarın Azərbaycan Respubliaksının ərazisində tanınmasına və məcburi icrasına yönəlməsinə dair mülki işlə, ABŞ vətəndaşı azyaşlı Ceylaya saxta yolla verilmiş “doğum şəhadətnaməsinin etibarsız sayılmasına, ləğv edilməsinə və s.” iddia əsasında Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyası tərəfindən baxılan inzibati işlə əlaqədar keçiriləcək məhkəmə proseslərinə Ali Məhkəmə sədri Ramiz Rzayev, onun müavinləri: Mülki Kollegiyanın sədri Şəlalə xanım Məmmədova, Hikmət Mirzəyev hər hansı bir kənar müdaxiləyə-o cümlədən Bağırov Davuda görə xahiş etmiş “insanları” qətiyyətlə rədd etməklə məhkəmə tərkiblərinə qanuni, obyektiv, əsaslı, ədalətli və hüquqi Qərarlarını çıxarmaları üçün tövsiyyələri verməklə işlərin gedişatları nəzarətləri altında saxlanılacaqdır. Hər halda gənc, gözüyaşlı ananı-Merim Beishekeyevanı (Beyşekeyevanı) balasına- ABŞ vətəndaşı azyaşlı qızı Ceylaya qovuşmasına imkan yaradacaqlar.

Redaksiyadan: “MilletinSesi.İnfo” saytının baş redaktorunun hüquqi məsələlər üzrə müavini, araşdırmaçı jurnalisti Abdulla Əfəndizadənin YouTube və Facebook sosial şəbəkələrdə çıxışlarını dinləyin.

MillətinSəsi.info-nun Araşdırma və Təhlil şöbəsi