“Ağanatiq 2” filminin rəsmi treyleri yayıldı - VİDEO

“Ağanatiq 2” filminin rəsmi treyleri yayıldı - VİDEO
18:14 21-01-2020 | icon 141

Fevralın 23-də Heydər Əliyev sarayında “Ağanatiq 2” filminin təqdimatı olacaq. Həmin gün əfsanəvi qəhrəmanlarla canlı görüş baş tutacaq. 

Filmin devizi belədir: “Göylə gedənlərdən biri də sən ol!” 

Azərbaycanın ən tanınmış taksi şoferi Ağanatiq və onun qeyri-adi dostları bu dəfə əsgər yoldaşları ilə görüşmək üçün Moskvaya uçurlar. İlk baxışdan, çoxumuzun öyrəşdiyi təyyarə və Moskvaya uçan sıravi sərnişinlər. Amma bu adi halda da Ağanatiqin başına elə bir macəra gəlir ki, gəl görəsən. Budəfəki komediya Ağanatiq və onun sadiq dostlarının təyyarə macərasından bəhs edir. Maraqlıdır göydə nə baş verir?

Filmin rəsmi treylerini təqdim edirik.