Ürək üçün faydalı 20 məhsul

Ürək üçün faydalı 20 məhsul
14:49 21-01-2020 | icon 400

 

 

Təzə ədviyyatlar

Duz və yağ ürək sağlamlığı üçün ən təhlükəli məhsullardır. Duz və yağ əvəzinə yeməyinizə rozmarin, kəklikotu, adaçayı və qaraqınıq kimi təzə ədviyyatlar əlavə etmək qidanızı daha sağlam edəcək. Ədviyyatlar çatışmayan dadı verəcək və beləliklə, siz ürək üçün sağlam bir seçim etmiş olacaqsınız.

1. İsveçrə manqoldu

Bu tünd yaşıl yarpaqlı tərəvəz kalium və maqneziumla zəngindir. Bu minerallar qan təzyiqinə nəzarət etməyə kömək edir. İsveçrə manqoldunun tərkibində, həmçinin, ürək üçün faydalı liflər, A vitamini, lutein və zaeksantin antioksidantları mövcuddur.

Faydalı məsləhət: qızardılmış ətlə və ya balığın yanında məzə kimi istifadə edin.

2. Qızılbalıq

Omeqa-3-lə zəngin olan qızılbalıq ürək sağlamlığı üçün ən yaxşı qidadır. Omega-3 yüksək arterial təzyiqi, triqliseridlərin səviyyəsini və ürək ritminin pozulma riskini azalda bilən faydalı yağlardır. Amerika Kardioloji Assosiasiyası həftədə iki porsiya qızılbalıq və ya digər yağlı balıq yeməyi məsləhət görür.

Kulinar məsləhəti: qızılbalığı göyərti və tərəvəzlərlə folqada bişirin və ya balıq takolarında və salatlarda istifadə edin

3. Tunes

Tunes balığının da tərkibində qızıl balıq kimi Omega-3 olsa da, qızılbalıqdan daha ucuzdur. Albakorun (ağ tunes) tərkibində digər tunes növlərindən daha çox Omeqa-3 var. Tunes steykinin şüyüd və limonla qızartmasını hazırlamağa çalışın. Həmçinin digər Omeqa-3 mənbələrinə diqqət yetirin: skumbriya, siyənək, göl alabalığı, sardina və ançouslar.

Faydalı məsləhət: ürək sağlamlığını artıq yağlardan qorumaq üçün yağda deyil, suda qablaşdırılmış tunesi seçin.

4. Zeytun yağı

Bu yağ ürək üçün faydalı olan antioksidantlarla zəngindir. Onlar sizin qan damarlarınızı qoruyurlar. Zeytun yağı doymuş yağları (məsələn, kərə yağı) əvəz edir və xolesterol səviyyəsinin aşağı düşməsinə kömək edir. Zeytun yağından salatlarda, tərəvəzli yeməklərdə və ya sadəcə isti çörəklə yağı istifadə edin.

Faydalı məsləhət: soyuq sıxılmış zeytun yağı hazırlandıqdan altı ay sonra maksimum dad keyfiyyətlərini qoruyub-saxlayır.

5. Qoz

Gündəlik kiçik bir ovuc qoz xolesterol səviyyəsini azalda, həmçinin, ürəyin koronar arteriyalarını iltihabdan qoruya bilər. Qozun tərkibində Omeqa-3, mono-doymamış yağlar adlandırılan faydalı yağlar, bitki sterolları və liflər var. Qoz tərkibində zərərli yağlar olan cips və peçenye kimi qidaları əvəz edə bilər.

Faydalı məsləhət: salat hazırlayarkən qoz yağını yoxlayın.

6. Badam

Doğranmış badam tərəvəz, balıq, toyuq və desertlərlə yaxşı gedir. Tərkibində bitki sterolları, lif və ürək üçün faydalı yağlar var. Gündə kiçik bir ovuc badam “pis” LDL xolesterolunu azaltmağa kömək edə bilər.

Faydalı məsləhət: badamı istifadə etməzdən əvvəl ləzzətini artırmaq üçün qızardın.

Ardı var...