Bakının ən qədim parkı çirkab sularına “təslim olub” - VİDEO

Bakının ən qədim parkı çirkab sularına “təslim olub” - VİDEO
14:42 21-01-2020 | icon 221

Bakı şəhəri, Nəsimi Rayon İcra Hakimiyyəti binasının qarşısında yerləşən Rixard Zorge adına parkda yaşıllığa çirkab suları axıdılır.

milletinsesi.info xəbər verir ki, çəkdiyi görüntüləri təqdim edən müəllif çirkab sularının uzun müddətdir bu əraziyə axdığını bildirir.

Ərazidəki yaşıl ot örtüyü quruyub.

Zorge adına park Bakının ən qədim parklarından biridir. Burada R.Zorgenin abidəsi yerləşir.

Abidə 1981-ci ildə qoyulub. 2012-ci ildə parkda Koroğlunun abidəsi ucaldılıb. Bundan başqa, istirahət guşəsində “Koala Park” əyləncə mərkəzi də fəaliyyət göstərir. 

Emilya Tağıyeva