Deputatın Konstitusiyanın tələblərini pozması haqqında sənədlər yayıldı…

YAP-ın 13 saylı Xəzər – Pirallahı seçki dairəsindən deputatlığa namizədi Rauf Əliyev hələ 2018-ci ilin oktyabrın 16-dan Rusiyada Moskva vilayəti 17 saylı Regionlararası Vergi Müfəttişliyində fərdi sahibkar kimi qeydiyyatdan keçib.

Bu barədə araşdırmaçı-jurnalist Cavanşir Həsənli öz feysbuk səhifəsində ifşaedici sənədlərələ çıxış edib.

Milli Məclisin son 3 çağırış deputatı, YAP-ın 13 saylı Xəzər – Pirallahı seçki dairəsindən deputatlığa namizədi Rauf Əliyev hələ 2018-ci ilin oktyabrın 16-dan Rusiyada Moskva vilayəti 17 saylı Regionlararası Vergi Müfəttişliyində fərdi sahibkar kimi qeydiyyatdan keçib. Yəni Rauf Əliyev ötən çağırış deputatlıq fəaliyyəti dövründə faktiki olaraq, Konstitusiyanın tələblərini pozub və onun biznes fəaliyyəti xarici ölkə qarşısında öhdəlik yaradıb.

Yeri gəlmişkən, Rauf Əliyevin oğlu da Avropada biznes fəaliyyəti ilə məşğuldur”.

Qeyd edək ki, qanunvericiliyə uyğun olaraq MSK bu məlumatları yoxlamalı və məlumatlar öz təsdiqini taparsa, YAP-ın 13 saylı Xəzər – Pirallahı seçki dairəsindən deputatlığa namizədi Rauf Əliyevin namizədliyi ləğv edilməlidir.